Apr 15 2020 17:01
Elshad Aliyev
Views: 141

Bu ilin rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çiraq-Günəşli” (AŞG) yataqlar blokundan bu ilin birinci rübündə 3,5 mlrd. kubmetr qaz hasil edilib.

Bu barədə “APA-Economics” Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, bu ilin birinci rübündə “Şahdəniz” qaz-kondensat yatağından 4,7 mlrd. kubmetr qaz hasil edilib.

Qeyd edək ki, ümumilikdə hesabat dövrü AÇG və “Şahdəniz”dən 8,2 mlrd. kubmetr qaz hasil edilib.

Cari ilin yanvar-mart aylarında Azərbaycanda 10 mlrd. kubmetr qaz hasil edilib, bu da 2019-ci ilin göstəricisi ilə müqayisədə 10% çoxdur. Ötən dövr ölkədə hasil edilən qazın 1,8 mlrd. kubmetri SOCAR-ın payına düşüb.


Create Account



Log In Your Account