Dec 28 2016 17:15
Ulviyye Sabirqizi
Views: 1518

Sahibkarlığa Kömək Milli Fondu 2016-cı ilin yekunları ilə bağlı məlumatları açıqlayıb.

Fondun icraçı direktoru Şirzad Abdullayev fondun 2016-cı il ərzində fəaliyyəti, güzəştli kreditlər hesabına regionlarda, eləcə də Bakı şəhərində və onun qəsəbələrində həyata keçirilən layihələr barədə forum iştirakçılarına məlumat verib. Bildirib ki, bu il 2 min 500-ə yaxın sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 190 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 8 min 100-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlərin 74 faizi respublikanın regionlarının, 26 faizi isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür.

Verilən kreditlərin 82,3 faizi aqrar sektorun, 17,7 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Güzəştli kreditlər müasir heyvandarlıq və istixana kompleksləri, logistik mərkəzlər, ixtisaslaşdırılmış “yaşıl market”, çörək zavodları, iri fermer, quşçuluq və intensiv bağçılıq, pambıqçılıq, zeytunçuluq və tütünçülük təsərrüfatları, ət və süd, meyvə-tərəvəz məhsullarının emalı, ət kəsimi, un və un məmulatları, balıq yemi, mətbəx və məişət malları, mebel, tara, tikinti materiallarının istehsalı və sair sahələr üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilib.


Create Account



Log In Your Account