Aug 03 2020 15:38
Elshad Aliyev
Views: 68

Türkiyədə terrorçuluğa qarşı mübarizə tədbirləri çərçivəsində görülən təbliğat işi nəticəsində terrorçuların təhlükəsizlik qüvvələrinə təslim olması davam edir.

AZƏRTAC xəbər verir ki, cari il ərzində təbliğat yolu ilə təslim olan terrorçuların sayı 123-ə çatıb.

Daxili İşlər Nazirliyinin (DİN) bu barədə yaydığı məlumatda bildirilir ki, axırıncı təslim faktı Mardin vilayətində baş verib.

Ən son məlumata görə, Milli Təhlükəsizlik Təşkilatının (MİT) iyulun 30-da Şırnak vilayətinin Qabar bölgəsində zərərsizləşdirdiyi PKK/KCK terror təşkilatının dörd üzvünün şəxsiyyəti müəyyənləşdirilib. Məlum olub ki, onlardan biri “Brüsk İsrail” ləqəbli təhlükəli terrorçu Seyithan Acaydır. Onun ələ keçirilməsi üçün DİN tərəfindən böyük məbləğdə pul mükafatı vəd edilmişdi.

Türkiyə hökuməti terrorçuluğun kökünü kəsmək üçün üç mühüm istiqamətdə mübarizə aparır. Bu üsullar - ölkə ərazisində və Suriya ilə İraqın şimalında keçirilən antiterror əməliyyatları, təbliğat vasitələri və pul mükafatları sayəsində terrorçuların yerinin müəyyənləşdirilməsidir.


Create Account



Log In Your Account