Mar 11 2020 15:36
Elshad Aliyev
Views: 96

Macarıstanın paytaxtı Budapeşt şəhərində fəaliyyət göstərən Azərbaycan evində bu ölkədə təhsil alan gənc və istedadlı rəssam Fatimə Qurbanzadənin fərdi sərgisi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “O, öz qanadları ilə uçur” (“Alis Volat Propriis”) adlı layihənin təqdimatında ölkəmizin Macarıstandakı səfirliyinin birinci katibi Emil Rəhimov, “Qardaşlıq” Macar-Azəri Birgə Cəmiyyətinin sədri, Macarıstandakı Azərbaycan diasporunun rəhbəri Ramiz Əmirli və digər qonaqlar iştirak ediblər.

Sərgidə nümayiş etdirilən rəsm əsərlərində qadın azadlığı və müstəqilliyi, qadının ailədə rolu və başqa dəyərlər öz əksini tapıb.

Xatırladaq ki, Budapeştdəki Azərbaycan evi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ötən ilin sonunda fəaliyyətə başlayıb.


Create Account



Log In Your Account