Apr 16 2020 11:46
Elshad Aliyev
Views: 101

Beynəlxalq Valyuta Fondu (BVF) koronavirus pandemiyası fonunda yaranan iqtisadi şoklara cavab kimi, ünvanlı sosial təminat və vergi tətillərinin tətbiqinin vacibliyini bildirir.

"APA-Economics"in BVF-nin Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi aprel hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın büdcəsi mövcud planları dəyişmədən bu tədbirləri həyata keçirməyə tam imkan verir. Fonda görə, ünvanlı sosial təminat əsasən kiçik ev təsərrüfatlarına yönəldilməlidir, vergi tətilləri isə şoklardan ən çox təsirlənən KOB-lara və turizm sektorundakı müəssisələrə tətbiq olunmalıdır.

BVF qeyd edir ki, maliyyə vəsaitlərinin məhdud ola biləcəyi təqdirdə pandemiyanın səbəb olduğu sosial-iqtisadi sarsıntılara  adekvat reaksiya vermək üçün əlaqələndirilmiş beynəlxalq dəstək tələb oluna bilər.


Create Account



Log In Your Account