Nov 29 2019 12:59
Elshad Aliyev
Views: 86

Boru kəmərlərinin inşası zamanı tapılan arxeoloji tapıntılar dövlət orqanlarına təhvil verilir və Mədəniyyət Nazirliyinin razılığı olduqdan sonra əməliyyatlar davam etdirilir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “Sənaye öhdəlikləri: arxeologiya və mədəni irsə töhfə” adlı beynəlxalq konfransında iştirak edən “BP” şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

“Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəmərlərinin tikintisi dövründə bütövlükdə 100 arxeoloji sahədə 23 mindən artıq arxeoloji tapıntı aşkar olunub, protokollaşdırılaraq dövlətə təhvil verilib. Şirkətimiz tərəfindən boru kəmərinin genişləndirliməsi zamanı Goranboy rayonu ərazisində çox ciddi tarixi-arxeoloji tikinti aşkar edildi. Mütəxəssislərin dəyərləndirilməsinə görə X-XIII əsrə aid olan bu tapıntı bir qala kimi müəyyən olundu. Həmin tarixi abidənin əhəmiyyətini nəzərə alaraq biz qərara gəldik ki, boru kəmərinin marşrutu dəyişdirilsin. Çox şadıq ki, həmin ərazidə tədqiqatlar davam edir. Ümumiyyətlə fəaliyyətimiz sayəsində ölkə tarixi üçün əhəmiyyətli olan yeni faktların, abidələrin aşkar olunması və alimlərimizin onları tədqiq etməsi bizi çox sevindirir”, - deyə B.Aslanbəyli bildirib.


Create Account



Log In Your Account