Apr 20 2020 09:30
Elshad Aliyev
Views: 70

Böyük Britaniya hökuməti koronavirusla mübarizədə dəstəyinə görə Türkiyəyə təşəkkür edib.

AZƏRTAC xəbər verir ki, hökumətin katibi Robert Yenrik koronavirusla mübarizə məqsədilə Türkiyədən tibbi ləvazimatlardan ibarət yardımın gələcəyini açıqlayıb.

Bəzi şəxsi qoruyucu vasitələrin çatışmazlığını etiraf edən Yenrik Türkiyədən 400 min qoruyucu xalat daxil olmaqla 84 ton tibbi ləvazimatın gətiriləcəyini bildirib.

Həmçinin Təhsil naziri Qavin Uilyamson hökumətin çatışmayan tibbi ləvazimatları almağa davam edəcəyini söyləyib.

Qeyd edək ki, bəzi xəstəxanalar reanimasiya şöbələri üçün qoruyucu geyimlərin tükənəcəyi ilə bağlı həyəcan təbili çalıb.


Create Account



Log In Your Account