Mar 16 2021 18:18
Elshad Aliyev
Views: 152

Böyük Britaniya hərbi gəmilərdəki “Trident II” raketlərində istifadə olunan nüvə başlıqlarının sayını 180-dən 260-dək (40 faiz) artırmağı planlaşdırır.

AZƏRTAC “Financial Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik, müdafiə və xarici siyasəti məsələlərinin kompleks icmalı ilə tanış olan mənbələr məlumat verib.

Bu addım Böyük Britaniyanın son zamanlar nüvə silahının yayılmaması ilə bağlı mövqeyindən çəkildiyinə işarədir. Birləşmiş Krallıq, həmçinin nüvə dövləti və müdafiə sahəsində ABŞ-ın etibarlı müttəfiqi kimi statusunun gücləndirilməsinə çalışır.


Create Account



Log In Your Account