Mar 30 2020 17:30
Elshad Aliyev
Views: 141

Böyük Britaniya və Avropa İttifaqının (Aİ) rəsmiləri arasında "Brexit"lə bağlı qeyri-rəsmi danışıqlar davam edir.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniya Baş Nazirinin sözçüsü bildirib.

"Gələcək münasibətlər baxımından onu deyə bilərəm ki, qanuni sənədləri qarşı tərəflə paylaşmışıq. Aİ ilə necə bir gələcək münasibət istədiyimizin detallarını əks etdirən bu sənədlər Avropa Komissiyası ilə gedən qeyri-rəsmi müzakirələrin mövzusudur. Bu həftə də bu cür müzakirələrin keçiriləcəyi gözlənilir. Müzakirələrin strukturu koronavirusla bağlı mövcud vəziyyətlə əlaqədar dəyişib, lakin davamlı müzakirələr keçirilir", - deyə britaniyalı rəsmi bildirib.


Create Account



Log In Your Account