Apr 27 2020 18:06
Elshad Aliyev
Views: 142

Böyük Britaniyada həkimlərə xəbərdarlıq olunub. Həkimlərə göndərilən xəbərdarlıqda, son üç həftədə uşaqlar arasında koronavirusla əlaqəli yeni bir xəstəliyin peyda olduğu bildirilib.

Xəbərdarlıqda bildirilib ki, bu xəstəlik həm koronavirus testləri müsbət çıxan, həm də bu virusa tutulmayan uşaqlarda görülüb.

Valideynlərdən uşaqlarında qarın ağrısı, ürək bulanması və mədə-bağırsaq problemləri müşahidə olunarsa dərhal xəstəxanaya müraciət edilməsi tələb olunur.

Yeni xəstəliyin Britaniyada nə qədər geniş yayıldığı barədə məlumat yoxdur. Lakin xəstəliyin müxtəlif şəhərlərdə, xüsusən də paytaxt Londonda müşahidə olunduğu açıqlanıb.


Create Account



Log In Your Account