Apr 17 2020 16:46
Elshad Aliyev
Views: 94

Böyük Britaniyada komendant saatı məhdudiyyəti uzadılıb.

Xarici İşlər naziri Dominik Rab ölkədə komendant saatı məhdudiyyətlərinin ən azı 3 həftə müddətinə uzadıldığını açıqlayıb.

O, bu tarixin ilk növbədə mayın 7-dək davam edəcəyini bildirib.

Proseslə bağlı qərar, növbəti həftələrdə yaşanacaq inkişafa uyğun olaraq veriləcək.

Koronavirusun yayılma sürətini yavaşlatmağı hədəflədiklərini ifadə edən Rab, xəstəxanalarda müalicəyə ehtiyacı olan insanların sayını daha da azaltmaq istədiklərini vurğulayıb.

Dominik Rab koronavirusa tutulan Baş Nazir Boris Consonun xəstəxanaya yerləşdirildiyi vaxtdan onun vəzifəsini icra edir.


Create Account



Log In Your Account