Jun 02 2021 18:00
Elshad Aliyev
Views: 129

Böyük Britaniyada pandemiyanın başlamasından sonra ilk dəfədir ki, koronavirusa görə ölüm halı qeydə alınmayıb.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Krallıqda, ötən ilin mart ayından bəri ilk dəfə COVID testinin müsbət olmasından sonrakı 28 gün ərzində ölüm halı olmayıb.

Lakin ölkədə virusa yoluxmada artım müşahidə olunub. Belə ki, 3615 nəfər koronavirusa yoluxub.

Həmçinin Krallıqda 25 milyon nəfərə koronavirus peyvəndinin 2 dozası, 39 milyon nəfərə isə 1 dozası vurulub.


Create Account



Log In Your Account