Jun 24 2021 15:55
Elshad Aliyev
Views: 92

Böyük Britaniyada koronavirusa yoluxmada artım davam edir.

AZƏRTAC xəbər verir ki, ötən gün ölkədə 16 min 135 nəfər koronavirusa yoluxub, 19 nəfər isə həyatını itirib.

Bu rəqəm virusa yoluxmada fevralın 6-dan sonra qeydə alınan ən yüksək göstəricidir.

Həmçinin Krallıqda 75 min nəfərdə koronavirusun Hindistan variantına (Delta) rast gəlinib. Mütəxəssislər yoluxmada artıma səbəb kimi gənc nəslin hələ də peyvənd olunmamasını göstərib.

Bununla bərabər ölkədə 43 milyondan çox nəfərə koronavirus peyvəndinin 1-ci dozası, 31 milyondan çox nəfərə isə 2 dozası vurulub. Hökumət 19 iyul tarixinə qədər 18 yaşdan yuxarı bütün insanlara 1 doza, peyvənd vurmağı planlaşdırır. 

 


Create Account



Log In Your Account