Aug 14 2020 17:31
Elshad Aliyev
Views: 115

Böyük Britaniyada qapalı məkanlarda maska taxmaqdan imtina edən şəxslər 3200 funt sterlinqə qədər cərimələnəcəklər.

Qanunsuz tədbirlər təşkil edən şəxslər isə 10 min funt sterlinq cərimə olunacaqlar.

Cərimələrin artırılmasına səbəb isə qaydalara əməl etməyən şəxsləri qanunlara tabe etməkdir.

Baş Nazir Boris Conson vətəndaşları qanunlara tabe olmağa və diqqətli olmağa çağırıb.

Xatırladaq ki , Böyük Britaniyada avqust ayının 1-dən etibarən virusa yoluxmalarda artım baş verir.


Create Account



Log In Your Account