May 05 2020 18:07
Elshad Aliyev
Views: 124

Koronavirusun yayılmasının qarşısını almaq üçün Böyük Britaniya Milli Sağlamlıq Xidməti (NHS) tərəfindən istifadəsi planlaşdırılan mobil telefon ölkənin ən böyük adası olan Vayt adasında sınaqdan keçirilir.

AZƏRTAC xəbər verir ki, ilk sınaqdan uğurlu nəticələr əldə edilərsə, tətbiqin bir neçə həftədən sonra ölkə səviyyəsində istifadə edilə biləcəyi düşünülür.

Mobil vasitənin məqsədi koronavirus testləri müsbət olan şəxslərin bunu bilmədən təmas etdiyi şəxsləri müəyyənləşdirmək və lazımi ehtiyat tədbirləri görməkdir.

Mobil vasitənin tətbiqi növbəti günlərdə hökumətin karantin qaydalarının yumşaldmasına səbəb də ola bilər.


Create Account



Log In Your Account