Feb 20 2017 13:16
Ulviyye Sabirqizi
Views: 1515

“Azərbaycan əsrlər boyu sivilizasiyaların qovuşduğu bir məkan, ölkə olub və bu gün biz tarixi irsimizi qoruyub saxlayırıq. Biz dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilməyimizlə qürur duyuruq.Coğrafi mövqeyimiz, eyni zamanda, qonşularımızla yaxşı münasibətlərimiz bizə regionumuzda yaşayan insanların mənafeyinə xidmət edən təşəbbüslər irəli sürülən bölgədə çox etibarlı tərəfdaş olmaq imkanını verdi”.

CBC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə bildirib:

“Siyasətimiz birinci növbədə qonşularımızla, eyni zamanda, müsəlman dünyası, - biz müsəlman dünyasının bir hissəsiyik, - və Avropa ilə əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır”.

“Biz çox nadir ölkələrdən biriyik ki, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüyük”, - deyən prezident diqqətə çatdırıb ki, 2015-ci ildə Azərbaycan ilk Avropa Oyunlarını təşkil etdi, bu il IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək.

“Beləliklə, bu, bizim niyyətlərimizi göstərir və biz sivilizasiyalar, mədəniyyətlər arasında dialoqa çoxlu töhfə veririk”, - deyə dövlət başçısı əlavə edib.

 


Create Account



Log In Your Account