Sep 08 2018 12:28
Ferah Sabirqizi
Views: 84

Bu gün Dövlət İmtahan Mərkəzi 2018-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün  əlavə imtahan keçirir.

CBC.az xəbər verir ki, buraxılış imtahanları Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunub.

İmtahanlarda  IX sinif  buraxılış imtahanının I mərhələsi üzrə 682, II mərhələsi üzrə 197, XI sinif üzrə isə 164 şagirdin iştirakı gözlənilir.

İmtahanlar bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanıb.

İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərir, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılır və imtahan prosesinin gedişinə nəzarət olunur.

İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində zəruri şərait yaradılıb.


Create Account



Log In Your Account