Jun 18 2021 15:02
Elshad Aliyev
Views: 107

Xroniki böyrək çatışmazlığı, böyrəkdaşı xəstəliyi, dializin tətbiqi ilə yardım zamanı əlilliyin hansı hallarda müddətsiz təyin ediləcəyi müəyyənləşib.

APA-nın məlumatına görə, bu, “Əlilliyin müəyyən olunması Meyarları”na əlavə “İnsan orqanizmi funksiyalarının itirilməsi faizlərinin cədvəli”ndə əksini tapıb.

Aşağıdakı xəstəliklər zamanı insan orqanizminin funksiyalarının itirilmə faizindən asılı olaraq əlillik müddətsiz təyin olunacaq:

- Xroniki böyrək xəstəliyi IV mərhələ, XBÇ III mərhələ (qanda kreatinin səviyyəsi 352-528 mkmol/l aralığında): 81-90%

- Xroniki böyrək xəstəliyi V mərhələ, XBÇ IV mərhələ (qanda kreatinin səviyyəsi 528 mkmol/l-dən çox): 91-100%

- Xroniki böyrək xəstəliyi V mərhələ, XBÇ IV mərhələ (qanda kreatinin səviyyəsi 528 mkmol/l-dən çox, proqramlı hemodializ: 90-100%

- Normal funksiya və yaxud böyrək funksiyasının cüzi pozulması ilə müşahidə edilən tək böyrək olduqda. XBÇ-nin təzahürü olmadan və ya xroniki böyrək xəstəliyinin I-II mərhələsi ilə (XBÇ I mərhələ): 31-60%

- Tək böyrəyin zədələnməsi xroniki böyrək xəstəliyi III mərhələ (XBÇ II mərhələ): 80 %

- Tək böyrəyin zədələnməsi xroniki böyrək xəstəliyi IV mərhələ (XBÇ III mərhələ): 90 %

- Tək böyrəyin zədələnməsi xroniki böyrək xəstəliyi V mərhələ (XBÇ IV mərhələ): 100 %

- Böyrək transplantasiyasının 2 illik müşahidədən sonra immunitetin zəiflədilməsi zərurətinin olması halı: 70-80%.


Create Account



Log In Your Account