May 26 2021 11:01
Elshad Aliyev
Views: 93

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyanla görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Ara Ayvazyan “Twitter” hesabında bildirib.

Nazirlər arasında təkbətək görüşdən sonra geniş formatda görüşün keçiriləcəyi qeyd olunub.

Cavad Zərif İrəvana səfəri çərçivəsində Ermənistan Prezidenti Armen Sarkisyan və Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla da görüşəcək.

Qeyd edək ki, İran XİN başçısı mayın 25-də Azərbaycanda səfərdə olub.


Create Account



Log In Your Account