Feb 20 2020 11:59
Elshad Aliyev
Views: 64

Cari ilin fevral ayının 15-dək icbari tibbi sığortanın tətbiq edildiyi 23 rayondakı tibb müəssisələrinə 381 min 482 nəfər, 607 min 63 müraciət edib. Bu müraciətlər üzrə 1 321 592 tibbi xidmət göstərilib.

AZƏRTAC xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında bu barədə məlumat verib.

Onun dediyinə görə, ən çox vətəndaşın müraciət etdiyi regionlar Mingəçevir (76 992), Yevlax (48 325), Xaçmaz (43 030), Şəki (42 896) və Qəbələdir (42 874). Ən çox tibbi xidmət göstərən tibb müəssisələri Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (244 747), Yevlax rayon Mərkəzi Xəstəxanası (108 376), Ağdaş rayon Mərkəzi Xəstəxanası (92 151), Xaçmaz rayon Mərkəzi Xəstəxanası (72 757) və Şəki rayon Mərkəzi Xəstəxanasıdır (84 350).


Create Account



Log In Your Account