Feb 15 2018 17:18
Ferah Sabirqizi
Views: 312

CBC Azərbaycan telekanalının müxbirlərindən ibarət heyət hazırda ABŞ Dövlət Departamenti tərəfindən təşkil olunan Media Co-Op proqramı çərçivəsində ABŞ-da səfərdədir.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin facebook səhifəsində bildirilir ki, Amerikanın müxtəlif yerləri daxil olmaqla jurnalistlər həmçinin Bruklindəki Azərbaycan mədəniyyət tədbirini və Vaşinqtonda Muğam Cəmiyyətini ziyarət edib.

Hazırda qrup Bakının qardaş şəhəri olan Hyustonda bir sıra proqramların çəkilişlərini aparır.

Dövlət Departamenti tərəfindən tam şəkildə maliyyələşdirilən Media Co-Op Proqramı vasitəsilə bir neçə telejurnalistlərdən ibarət heyətə Amerikaya səfər çərçivəsində ABŞ haqqında televiziya proqramlarını çəkmək imkanı yaradır. Proqram, telejurnalistlərə siyasətçilərdən, aktivistlərdən və vətəndaşlardan müsahibə alaraq, ABŞ haqqında birbaşa məlumat əldə etməyə və öz hekayəsini fərdi baxışlarla yayımlamaq imkanı verir.


Create Account



Log In Your Account