Apr 24 2020 14:20
Elshad Aliyev
Views: 85

Türkiyənin "BOTAS International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından bu günədək 3,44 mlrd. barelə yaxın neft yola salınıb.

Bu barədə "APA-Economics"ə BIL-dən bildirilib.

Qeyd edək ki, Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlarından hasil edilən neft dünya bazarlarına çıxarılır. Məlumata görə, indiyədək terminaldan 4 478 tanker AÇG nefti ilə yüklənilib. Bu il (aprelin 24-ə olan vəziyyətə görə) Ceyhan neft terminalından 75,17 mln. barel neft və 97 tanker yüklənilib.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğuldur.


Create Account



Log In Your Account