Mar 03 2017 16:20
Ferah Sabirqizi
Views: 614

Bu ilin yanvar-fevral aylarında Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 4 131 722 ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb. SOCAR-ın məlumatına görə, bu ilin iki ayında Ceyhan limanından dünya bazarlarına çıxarılan Azərbaycan neftinin 2 082 936 tonu fevral ayının payına düşüb. Bu həcmin 1 232 097 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən (2006-cı il, iyun) 2017-ci il mart ayının 1-ə qədər Ceyhan limanından 323 966 321 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Qeyd edək ki, Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.


Create Account



Log In Your Account