Jan 14 2021 15:48
Bakhtiyar Hasanov
Views: 18

Yanvarın 14-də Pakistana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramov və Pakistan İslam Respublikası Ordusunun Baş Qərargah rəisi, ordu generalı Qamar Cavid Bacva arasında görüş baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, ordu generalı Qamar Cavid Bacva Vətən müharibəsində böyük qələbəyə görə təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırdı. Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu, Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini və Pakistan ordusunun ölkəmizə verdiyi mənəvi dəstəyi və həmrəyliyi ifadə edib.

Nazir Ceyhun Bayramov təbriklərə görə təşəkkürünü bildirdi. Nazir Ermənistan-Azərbaycan münaqişəsinin həlli, 44 günlük Vətən müharibəsi, bu dövr ərzində Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, mülki insanların hədəfə çevrilməsi barədə, eləcə də bölgədə mövcud olan cari vəziyyət haqqında qarşı tərəfə ətraflı məlumat verib. Həmçinin nazir Pakistan tərəfinə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini birmənalı dəstəklədiyi və nümayiş etdirdiyi mənəvi dəstəyə görə qarşı tərəfə dərin təşəkkürünü ifadə edbi.

Tərəflər hazırda Azərbaycanın azad olunmuş ərazilərində aparılan minadan təmizlənmə fəaliyyəti, bərpa və tikinti işləri, infrastruktur layihələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

İki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, o cümlədən hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.


Create Account



Log In Your Account