Aug 06 2020 17:39
Elshad Aliyev
Views: 143

Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunun Seyidbazar kəndi yaxınlığında dağlıq və meşəlik ərazidə yanğın baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, yanğın saat 16:05 dəqiqədə məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Create Account



Log In Your Account