May 22 2020 16:17
Elshad Aliyev
Views: 122

Cinayət-Prosessual Məcəlləsinə zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad etmə barədə yeni maddə (511-1.) təklif olunur.

APA-nın məlumatına görə, layihəyə əsasən, məhkumun Cinayət Məcəlləsinə müvafiq olaraq zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad edilməsi haqqında məsələyə məhkumun, onun müdafiəçisinin və ya qanuni nümayəndəsinin ərizəsi, yaxud cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı əsasında cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılacaq.

Həmin qaydada cəza çəkməkdən azad etmə zərər çəkmiş şəxsin və mülki iddiaçının notariat qaydasında təsdiq edilmiş ərizəsi və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş məbləğin dövlət büdcəsinə ödənilməsini təsdiq edən müvafiq sənəd nəzərə alınmaqla tətbiq ediləcək. Zərər çəkmiş şəxs və mülki iddiaçının notariat qaydasında təsdiq edilmiş ərizəsi olmadığı hallarda göstərilən şəxslərin və ya qanuni nümayəndəsinin məhkəmə iclasında iştirakı məcburidir. 


Create Account



Log In Your Account