Mar 04 2020 10:04
Elshad Aliyev
Views: 39

Cənubi Koreya Prezidenti Mun Ce-in ölkədə yeni tip koronavirusun (COVID-19) sürətlə yayılması ilə əlaqədar Birləşmiş Ərəb Əmirliklərinə, Misirə və Türkiyəyə mart ayına nəzərdə tutulan səfərlərini təxirə salıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Koreyanın Prezident ofisi məlumat yayıb. Bildirilir ki, hər üç ölkə Prezident Mun Ce-inin səfərini təxirə salmasını anlayışla qarşılayıb.

Qeyd edək ki, COVID-19 Çindən sonra ən çox Cənubi Koreyada yayılıb. Son məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 5 min 328 nəfərə çatıb, ölənlərin sayı isə 32-dir.


Create Account



Log In Your Account