Apr 28 2020 13:51
Elshad Aliyev
Views: 79

Koronavirus pandemiyası səbəbindən neft məhsullarına olan tələbatın azalması fonunda Cənubi Koreyanın neft anbarlarında xarici şirkətlərə və treyderlərə lizinq icarəsinə verilən saxlama imkanları tükənib.

"APA-Economics"in məlumatına görə, bu barədə "Bloomberg" öz mənbəsinə istinadən xəbər verir.

Məlumata əsasən, Cənubi Koreyanın dövlət neft korporasiyası (Korea National Oil Corp., KNOC) xarici vətəndaşlara 30 mln. barel neft saxlama anbarlarında yer icarəyə verir. Digər 8 mln. barel neft isə dövlət korporasiyasına məxsus olan əsas səhm paketi olan "Oilhub Korea Yeosu" şirkətinin anbarlarında yerləşdirilə bilər.

Lizinq müqavilələrinin bir hissəsi bu ilin ikinci yarısında başa çatsa da, Cənubi Koreya tərəfi boşalacaq anbar imkanlarını öz məqsədləri üçün istifadə etməyi və ya yerli yanacaq istehsalçılarına təqdim etməyi planlaşdırır.

Qeyd olunanlara dünyada karbohidrogen istehlakının azalması və aşağı neft qiymətləri fonunda neft anbarı xidmətlərinə tələbatın artması səbəb olub.


Create Account



Log In Your Account