Jul 10 2020 10:37
Elshad Aliyev
Views: 45

Cənubi Koreyada xəstəxanada baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 28 nəfər xəsarət alıb. Onlardan 8 nəfərin vəziyyəti ağırdır.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, yanğın ölkənin cənub-qərbindəki Kohın şəhərində yerli vaxtla 3:30 radələrində başlayıb. Yanğın saat 6-da söndürülüb. Ölüm və xəsarət hallarına yanğın nəticəsində yaranan qatı tüstü səbəb olub.

Bildirilir ki, yanğın baş verəndə 7 mərtəbəli xəstəxana binasında 86 nəfər, o cümlədən 69 pasiyent olub. Onlardan 20 nəfəri binanın damına çıxmağa nail olub. Xilasedicilər daha sonra onları damdan təxliyə ediblər.

Hələlik yanğının hansı səbəbdən meydana çıxdığı bilinmir.


Create Account



Log In Your Account