Dec 24 2019 13:16
Elshad Aliyev
Views: 98

Cənubi Koreyanın Kvanqyanq şəhərində zavodların birində baş verən iki ardıcıl partlayış nəticəsində ən azı 5 nəfər xəsarət alıb.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, hadisə Cənubi Koreyanın polad istehsalçısı olan POSCO şirkətinə məxsus zavodda yerli vaxtla 13:14-də (Bakı vaxtı ilə 8:14) baş verib.

Hadisə yerinə xeyli sayda xilasedici və yanğınsöndürən cəlb olunub. Yaralılar xəstəxanalara yerləşdiriliblər. Şəhər hökuməti zavoda yaxınlıqda yerləşən körpünün fəaliyyətinin müvəqqəti dayandırılması barədə elan yayıb. Hazırda yanğınsöndürənlər yanğını nəzarət altına almağa çalışır.


Create Account



Log In Your Account