May 12 2020 13:22
Elshad Aliyev
Views: 60

Birinci rübdə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) sutkalıq orta ötürücülük gücü 33,6 milyon kubmetr təbii qaz təşkil edib.

“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, üç ayda CQBK və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 12 milyon dollar əməliyyat və 2 milyon dollar əsaslı xərclər sərf olunub.

Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib, hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” təbii qazını çatdırır. CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyununda başlayıb.

CQBK-nin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, “SOCAR Midstream Operations” isə boru kəmərinin kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator) 28,8 faiz, “AzSCP” 10 faiz, “Cənub Qaz Dəhlizi Midstrim” 6,7 faiz, “Petronas” 15,5 faiz, “LUKoil” 10 faiz, “NICO” 10 faiz və “TPAO” 19 faiz.


Create Account



Log In Your Account