Feb 23 2017 18:17
Ulviyye Sabirqizi
Views: 1133

“Cənub Qaz Dəhlizi” ABŞ üçün strateji prioritet olaraq qalır.

CBC xəbər verir ki, bu sözləri ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan Bakıda mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu layihə Avropanın enerji təhlükəsizliyi üçün mühüm layihələrdəndir:

"Avropa istehlakçıları üçün "Cənub Qaz Dəhlizi" bir çox imkanlar açır. Bu, ilk növbədə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, rəqabət baxımından sərfəli qiymətlər deməkdir. Biz bu istiqamətdə bu gün əldə edilən irəliləyişlərin şahidi olduq. Bəzi çağırışlar mövcuddur. ABŞ olaraq biz hesab edirik ki, birgə şəkildə bu çətinliklərin öhdəsindən gələcəyik və Xəzərdə hasil olunan karbohidrogenlərin Avropaya çatdırılmasına nail olacağıq".

Qeyd edək ki, bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı keçirilib. Tədbirdə "Cənub Qaz Dəhlizi"nin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şevçoviç iştirak ediblər.

 


Create Account



Log In Your Account