Feb 23 2017 17:52
Ulviyye Sabirqizi
Views: 1491

"Cənub Qaz Dəhlizi”nin keçdiyi bütün ölkələr bu layihədən yalnız fayda görəcək.

CBC xəbər verir ki, bu sözləri Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç Bakıda mətbuat konfransında deyib.

"Əslində bu layihənin bütün hissələrində irəliləyən addımlar barədə məlumatları eşitməkdən məmnun olduq. "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində olduqca böyük irəliləyişlər var. Bu gün biz layihəni üçüncü dəfə nəzərdən keçirdik. Bunun üçün də biz Azərbaycan hökumətinə, marşrut boyu yerləşən ölkələrin rəhbərlərinə, layihəni maliyyələşdirəcək maliyyə institutlarına öz təşəkkürümüzü bildiririk.

Hesab edirik ki, bütün "Cənub Qaz Dəhlizi" bütün iştirakçılar, xüsusilə də İtaliya üçün mühüm bir layihədir. Çünki, bu qaz ilk olaraq İtaliyaya çatdırılacaq. Biz istəyirik ki, ilk qaz 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılsın. Biz buna nail olacağıq", - deyə M. Şefçoviç qeyd edib.

Qeyd edək ki, bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı keçirilib.

Tədbirdə "Cənub Qaz Dəhlizi"nin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri M.Şevçoviç iştirak ediblər.

 


Create Account



Log In Your Account