Jan 26 2017 11:56
Ulviyye Sabirqizi
Views: 1620

Aprel döyüşləri zamanı Azərbaycan Ordusu tərəfindən Ermənistanın işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncam işğal altındakı torpaqlarımızın azad olunması, bərpası və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması istiqamətində böyük yolun, böyük qayıdışın başlanğıcıdır.

Bu sözləri Milli Məclisin deputatı Musa Qasımlı deyib:

“Cocuq Mərcanlı kəndinin bərpasından sonra insanların doğma torpaqlarına qayıdışı xalqımızda dövlətinə və rəhbərinə inam hissini daha da gücləndirəcək. Bu, həmçinin işğal altındakı digər torpaqlarımızın da azad edilməsi istiqamətində mühüm bir addımdır. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü bir daha göstərdi, xalqımızda Ordumuza olan inamı daha da artırdı”.

 


Create Account



Log In Your Account