Aug 03 2020 18:55
Elshad Aliyev
Views: 142

COVID-19 xəstəliyinə qarşı peyvəndin istehsal olunması hamının diqqət mərkəzindədir. Ölkəmizə gələn işçi qruplar və xarici mütəxəssislərlə də həmin məsələ ətraflı müzakirə edilir. Ümumdünya Səhiyyə Təşkilatının missiyası ölkəmizdə olarkən onlarla müzakirə olunan ən vacib məsələlərdən biri peyvənd məsələsi idi.

AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 3-də keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva məlumat verib.

Onun dediyinə görə, bir peyvəndin hazırlanıb istifadəyə verilməsi qısa vaxtda başa gəlmir və bunun üçün uzun müddət tələb olunur. Ona görə də bu məsələyə çox ehtiyatla yanaşmaq lazımdır. TƏBİB-in elmi şurasına da belə bir tapşırıq verilib ki, bütün bu məsələlər araşdırılsın, dünyada peyvənd üzərində aparılan işlər araşdırılsın və bununla əlaqədar təkliflər hazırlanaraq dövlətə təqdim olunsun.


Create Account



Log In Your Account