May 19 2020 17:03
Elshad Aliyev
Views: 136

Fransa mayın 11-dən təcridolma rejimindən tədricən çıxmağa başlayıb. Ölkədə hələ də bir çox məhdudiyyət saxlanılmaqdadır.

AZƏRTAC xəbər verir ki, ölkədə mövcud məhdudiyyətlərdən biri də 100 kilometr məsafə çərçivəsində xüsusi arayışla hərəkət etməkdir.

Polis 100 kilometr qayda ilə bağlı 200 mindən çox yoxlama aparıb və nəticədə 950 cərimə protokolu imzalanıb.

Fransanın nəqliyyat üzrə dövlət katibi Jan-Batist Cebbari bildirib ki, bu qayda indiki vəziyyətdə fransızların sağlamlığı üçün əsas şərtlərdəndir. Ölkədə indiki kövrək sanitar vəziyyətdə virusun yayılmasının qarşısını almaq məqsədilə polis tam səfərbər olunacaq. Epidemiya ilə bağlı qaydalara ciddi riayət olunmalıdır.


Create Account



Log In Your Account