Apr 24 2020 15:14
Elshad Aliyev
Views: 86

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda “ COVID-19: Azərbaycanın real zamanlı monitorinq sistemi” işlənib hazırlanıb.

Bu barədə AZƏRTAC-a Coğrafiya İnstitutundan məlumat verilib.

Geoinformatika və kartoqrafiya şöbəsinin böyük elmi işçisi, layihə icraçılarından biri Yaşar Nəsibovun sözlərinə görə, günün reallığından irəli gələn və respublikamız üçün əhəmiyyətli olan sistemə daxil olmaqla pandemiya haqqında dünya ölkələri, eləcə də Azərbaycan üzrə əks olunan və gündəlik yenilənən rəqəmlərlə tanış olmaq mümkündür.

O qeyd edib ki, şəhər və rayonlar üzrə əhali, xəstəxana və hər 10 min nəfərə düşən çarpayı sayı, yaşı 65-dən yuxarı olan insanlar və s. kimi məlumatlarda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə istinad edilir. Azərbaycan üzrə vektor məlumatlarının müəlliflik hüquqları isə Coğrafiya İnstitutuna mənsubdur.

Y.Nəsibov bildirib ki, rəsmi qurumlar tərəfindən məlumatlar əldə edilərsə, pandemiyanın şəhər və rayonlar üzrə sutka ərzində yayılma arealını göstərmək olar.


Create Account



Log In Your Account