Apr 19 2021 15:10
Elshad Aliyev
Views: 99

Britaniyanın Baş naziri Boris Conson Hindistanda yeni növ koronavirusa (COVID-19) yoluxmanın artması ilə əlaqədar növbəti həftə bu ölkəyə palnlaşdırılan səfərini ləvğ edib.

APA-nın xəbərinə görə, bu barədə Baş nazirin ofisi məlumat yayıb. 

"Mövcud koronavirus vəziyyəti ilə əlaqədar Baş nazir Boris Conson gələn həftə Hindistana gedə bilməyəcək.

Bunun əvəzinə Baş nazirlər Modi və Conson bu ayın sonunda Britaniya ilə Hindistan arasında gələcək tərəfdaşlıqla bağlı planı müzakirə edəcəklər. Bunun xaricində hökumət başçıları müntəzəm olaraq təmasda olacaqlar", - Hindistan və Britaniya hökumətlərinin birgə bəyanatında qeyd olunub.

Ötən həftə Baş nazirin ofisi dörd günlük səfərin olmayacağını və Boris Consonun yalnız bir günlük Dehliyə səfər edəcəyini bildirmişdi. 

Qeyd edək ki, son sutka ərzində Hindistanda yeni növ koronavirusa 270 min yoluxma qeydə alınıb.

Xatırladaq ki, Baş nazir Boris Consonun səfəri yanvar ayında planlaşdırılsa da, Britaniyada tətbiq olunan qapanmalara görə təxirə salınmışdı.


Create Account



Log In Your Account