Apr 30 2020 13:16
Elshad Aliyev
Views: 70

Bu ilin ilk üç ayı ərzində Türkiyədə turizmdən əldə edilən gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz azalaraq 4 milyard 101 milyon 206 min ABŞ dolları təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Statistika Komitəsindən bildirilib.

Məlumatda qeyd edilir ki, bu ilin yanvar, fevral və mart ayları ərzində ölkəni ziyarət edənlərin sayı da ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 azalaraq 5 milyon 639 min 413 nəfər olub.

Mütəxəssislər bunu dünyada öz mənfi təsirini göstərən COVID-19 pandemiyası ilə izah edirlər.


Create Account



Log In Your Account