Aug 05 2020 17:32
Elshad Aliyev
Views: 136

ABŞ-ın sabiq vitse-prezidenti, noyabr ayına planlaşdırılan prezident seçkilərində Demokratlar partiyasından namizəd olacağı gözlənilən Cozef Bayden seçkiöncəsi təşviqat kompaniyasına 280 milyon dollar xərcləmək niyyətindədir. Həmin məbləğin 60 milyon dolları internet vasitəsilə təşviqata sərf olunacaq.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bu barədə Cozef Baydenin qərargahı məlumat yayıb. Məlumata görə, təşviqat kompaniyası Miçiqan, Viskonsin, Pensilvaniya, Arizona və Corciya da daxil olmaqla, 15 ştatın ərazisində aparılacaq.

Qeyd edək ki, ABŞ-da 59-cu prezident seçkiləri noyabr ayının 3-nə planlaşdırılıb. Bu seçkilərdə ali dövlət postuna demokratların namizədinin sabiq vitse-prezidenti Cozef Bayden, respublikaçıların namizədinin isə Donald Tramp olacağı gözlənilir.


Create Account



Log In Your Account