Mar 09 2017 11:00
Ulviyye Sabirqizi
Views: 1329

ABŞ-ın Nyu-Cersi ştatından olan konqresmen Donald Peyn Xocalı qətliamının 25-ci ildönümü ilə bağlı bəyanat verib.

CBC xəbər verir ki, konqresmen Peyn bəyanatında Azərbaycan torpağı olan Xocalıda 25 il öncə dəhşətli bir faciənin yaşandığı və 600-dən çox silahsız insanın, əsasən yaşlı, qadın və uşaqların vəhşicəsinə öldürüldüyünü qeyd edib. Konqresmen həmkarlarını bu dəhşətli hadisədə həyatını itirmiş insanların xatirəsini yad etməyə çağırıb.

Bununla yanaşı, D.Peyn Azərbaycanın strateji və çətin bir bölgədə ABŞ-ın güclü tərəfdaşı olduğunu vurğulayıb.

 


Create Account



Log In Your Account