Apr 03 2020 13:03
Elshad Aliyev
Views: 89

Dağlıq Qarabağda ermənistanlı hərbi qulluqçu vəfat edib.

Trend bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, aprelin 3-də saat 00:35-də 2000-ci il təvəllüdlü Qaregin Babakexyan aldığı güllə yarasından ölüb.

Əsgərin ölümü ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, Ermənistan ordusunda bu ilin yanvar-fevral aylarında ard-arda baş verən əsgər ölümləri böyük əks-səda doğurub, bir sıra yüksək vəzifəli məmur vəzifədən azad edilib.


Create Account



Log In Your Account