Dec 27 2019 12:36
Elshad Aliyev
Views: 131

Dağlıq Qarabağın Azərbaycanlı icmasının tərkibində xüsusi fond yaradıla bilər.

Trend-in məlumatına görə, bunu Baş nazirin sabiq müavini Əli Həsənov “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icması”nın birillik fəaliyyətinin yekunları ilə bağlı tədbirdə təklif edib.

İclasda icmanın fəaliyyətinin aktvliyini qeyd edən Ə.Həsənov bu işləri daha da genişləndirmək üçün icmanın təkbində fond yaradılmasının vacibliyini qeyd edib: "Şəxsən mən özüm hər ay pensiyamdan bu fonda 200 manat pul köçürməyə hazıram. Həmçinin, imkanlı şəxslər də bu fonda vəsait ayırmalı, yardım etməlidirlər. Bu, ümummili işdir. İcma beynəlxalq təşkilatlarda konfranslara getmək üçün başqa yerdən vəsait axtarmamalıdır, özlərinin vəsaitləri olmalıdır".


Create Account



Log In Your Account