Jun 25 2021 11:54
Elshad Aliyev
Views: 192

İyunun 25-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və İqtisadi Sosial İnkişaf (Economic Social Development, ESD) təşkilatının “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Bu, ESD-nin 70-ci, ESD ilə UNEC-in birgə keçirdiyi 3-cü konfransıdır.

AZƏRTAC xəbər verir ki, konfransın açılışında prorektor Sakit Yaqubov, təhsil nazirinin müavini Firudin Qurbanov, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, ESD təşkilat komitəsinin prezidenti Domagoj Cingula və Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə çıxış edəcəklər.

ESD Beynəlxalq Academic Conference Excellence (ACE) qurumu tərəfindən keyfiyyət nişanı almış təşkilatdır. Konfransa qəbul olunan məqalələr “Web of Science” və “EconLit” kimi beynəlxalq elmmetrik bazalarda indeksləşdirilir.

Konfransda dünyanın bir sıra ölkələrinin (Almaniya, İspaniya, Xorvatiya, Polşa, Serbiya, Macarıstan, Rusiya, Belarus və s.) tədqiqatçıları ilə birgə müzakirələr aparılacaq və qlobal çağırışlar təhlil ediləcək. Təşkilat komitəsinə təqdim olunmuş 160-dan çox məqalə konfransın Elm Komitəsi tərəfindən qəbul edilib.

Konfrans UNEC-in rəsmi feysbuk səhifəsi və yutub kanalı üzərindən canlı yayımlanır.


Create Account



Log In Your Account