Mar 02 2020 16:27
Elshad Aliyev
Views: 80

Milyarder və ekologiya fəalı Tom Steyer 2020-ci ilin prezident yürüşündən çıxdığını elan edib.

AZƏRTAC xəbər verir ki, o, bu qərarı Cənubi Karolinada praymerizdə Co Baydenin qələbəsindən sonra qəbul edib.

Steyer Cənubi Karolinada öz tərəfdarları qarşısında çıxışında onların dəstəyinə görə təşəkkür edib və Amerika siyasətində iştirakını davam etdirəcəyini vəd edib. O, həmçinin vurğulayıb ki, demokratlardan prezident vəzifəsinə hər hansı namizəd Donald Trampdan daha yaxşı prezident olacaq.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2020-ci il noyabrın 3-də keçiriləcək.


Create Account



Log In Your Account