Nov 13 2019 11:00
Elshad Aliyev
Views: 336

ABŞ Nümayəndələr Palatasında demokratlardan ibarət fraksiya gələn həftə Prezident Donald Trampın impiçmenti üzrə təhqiqatlar çərçivəsində keçiriləcək açıq dinləmələrdə çıxış edəcək şahidlərin yeni siyahısını elan edib. Üç gün ərzində Konqresin Kəşfiyyat Komitəsində səkkiz vəzifəli şəxs ifadə verməli olacaq.

AZƏRTAC xəbər verir ki, Komitə çərşənbə axşamı iki, noyabrın 20-də üç, noyabrın 21-də isə bir dinləmə keçirəcək.

Dinləmələrin ilk günündə Komitədə ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa işləri üzrə şöbəsinin direktoru, polkovnik-leytenant Aleksandr Vindman və vitse-prezident Mayk Pensin köməkçisi Cennifer Uilyamsın ifadəsi alınacaq. Günün ikinci yarısında ABŞ-ın Ukraynadakı sabiq xüsusi nümayəndəsi Kurt Volker və Milli Təhlükəsizlik Şurasının Avropa və Rusiya departamentinin direktoru Tim Morrison konqresmenlərə ifadə verəcəklər.

Çərşənbə günü Nümayəndələr Palatasında ABŞ-ın Avropa İttifaqında səfiri Qordin Sondlend, Müdafiə nazirinin Rusiya, Avrasiya və Ukrayna üzrə köməkçisinin müavini Laura Kuper və Dövlət katibinin siyasi məsələlər üzrə müavini Devid Heylin ifadələri dinləniləcək.

Açıq dinləmələrin bu mərhələsi cümə axşamı günü Milli Təhlükəsizlik Şurasının Avropa və Rusiya üzrə sabiq böyük direktoru Fion Hillin ifadəsi ilə başa çatacaq.


Create Account



Log In Your Account