Apr 25 2020 12:39
Elshad Aliyev
Views: 302

Bu gün dünya qlobal təhlükə olan COVID-19 pandemiyası ilə mübarizə aparır. Bəşəriyyət görünməyən düşmənlə mübarizədə yeni çağırışlarla üzləşib. Koronavirus insanlar üçün çətinliklər yaradaraq onların sosial, psixoloji və mənəvi vəziyyətindən tutmuş gündəlik həyat tərzinə qədər ciddi təsir göstərib. Virusa qarşı mübarizə artıq dünyanın birləşərək qüvvələri səfərbər etməsini tələb edir. Hər gün müxtəlif ölkələrdən virusa yoluxanların, vəfat edənlərin sayı haqqında açıqlanan dəhşətli statistikanın şahidi oluruq. Hazırda hər bir dövlət pandemiya ilə mübarizə aparır və əhalini yaranmış ağır vəziyyətdən minimum itkilərlə çıxarmaq üçün mümkün variantlardan istifadə etməyə çalışır. Azərbaycan dövləti də öz vətəndaşını harada yaşamasından asılı olmayaraq qorumaq üçün bütün zəruri tədbirləri görür.

Bu fikri AZƏRTAC-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri

komitəsinin sədri, professor Hicran Hüseynova bildirib. O qeyd edib ki, Azərbaycan pandemiyanın başladığı ilk günlərdən mübarizədə özünəməxsus yol seçən ölkələrdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərərin təsirlərini azaltmaq üçün vaxtında və uğurlu tədbirlər hazırlayaraq həyata keçirir. Elə bu layihələrin də əsasında insan, onun rifahı, sosial cəhətdən müdafiəsi dayanır. Ümumiyyətlə, Prezident İlham Əliyev həm dövlət başçısı, həm də bir vətəndaş kimi bu mübarizənin önündə dayanaraq digər ölkə rəhbərlərinə də nümunədir.

H.Hüseynova vurğulayıb ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, yaşadığımız pandemiya dövrünə baxmayaraq, həssas qruplarla bağlı nəzərdə tutulmuş bütün sosial proqramlar, eləcə də sosial müdafiə və aktiv məşğulluq proqramlarının artırılması istiqamətində məsələlər tam həyata keçiriləcək. Xüsusi karantin rejimi bitdikdən sonra şəhid ailələrinə və müharibə əlillərinə yeni mənzillər verilməsinə başlanacaq, həmçinin müharibə əlillərinə avtomobillərin

verilməsi işləri davam edəcək. Həssas əhali qrupuna aid edilən

ailələrin üzvü olan tələbələrin təhsil haqqının dövlət tərəfindən

ödənilməsi qərara alınıb. Elektrik enerjisindən istifadədə limit

artırılıb. Prezidentin tapşırığına uyğun olaraq, ünvanlı dövlət sosial

yardımı proqramının genişləndirilməsi işləri davam edir. Dövlət başçısının tapşırığı ilə ödənişli ictimai işlər proqramı da genişləndirilir. Pandemiya dövründə həm dövlət, həm də özəl sektorda iş yerlərinin qorunmasına nail olunur.

Deputat diqqətə çatdırıb ki, koronavirusun yaratdığı iqtisadi böhran şəraitində əksər ölkələrdə dəstək tədbirləri hazırlanıb. Lakin bir çox ölkələrdə meydana çıxan müəyyən problemlər səbəbindən bu tədbirlərin həyata keçirilməsinə ya gec başlanılır, ya da icra prosesi ləngidilir.

İtaliya nümunəsində göstərə bilərik ki, orada biznesə dəstək üçün

dövlətin ayırdığı güzəştli kreditlərin verilməsinə hələ iyunun əvvəlində başlanması gözlənilir. Digər dövlətlərdə də bənzər hal müşahidə olunur.

Bir çox ölkələrdə əhaliyə yönəlik yardım proqramlarında gecikmələr qeydə alınır. Lakin Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi sayəsində ilkin istiqamətdə sosial dəstək proqramlarının icrasına başlanılıb. Məhz buna görə də dəfələrlə hətta ən yüksək beynəlxalq səviyyələrdə Azərbaycanın pandemiya ilə planlı və məqsədyönlü mübarizə tədbirləri nümunə kimi göstərilir.

“Azərbaycan Respublikası Prezidentinin və birinci xanımın koronavirus pandemiyası ilə mübarizəyə birbaşa təşəbbüs və nəzarəti gözlənilən nəticənin yaxın zamanda əldə ediləcəyinə böyük inam yaradıb. Vətəndaşlarımızın respublikanın bütün şəhər, rayon və

kəndlərindən Prezident İlham Əliyevə ünvanlanan minnətdarlıq

məktubları da fikirlərimizin əyani sübutudur. Son günlər ölkəmizdə virusa yoluxanların sayının sağalanların sayından daha az olması,

yoluxma sayındakı tədrici azalma məhz bu zəruri tədbirlərin

nəticəsidir.

Prezident İlham Əliyevin xalqımızı gözəgörünməz bəladan xilas etmək üçün göstərdiyi əzm, siyasi iradə hər birimizi səfərbər etməklə

yanaşı, üzərimizə məsuliyyət qoyur”, - deyə H.Hüseynova bildirib.


Create Account



Log In Your Account