Feb 20 2020 11:56
Elshad Aliyev
Views: 48

Yaponiyanın Yokoqama limanında iki həftədir karantində saxlanılan “Diamond Princess” kruiz gəmisində daha iki rusiyalı koronavirusa yoluxub.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Yaponiyadakı səfirliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, rusiyalılar özlərini normal hiss edirlər, xəstəliyin ağırlaşması müşahidə olunmur.

Yokoqama limanında dayanan gəmidə cəmi 3700 adam, o cümlədən 24 Rusiya vətəndaşı olub. Ümumilikdə, gəmidə 621 adamda koronavirus aşkarlanıb, onlardan üçü rusiyalıdır.


Create Account



Log In Your Account