Apr 23 2021 16:08
Elshad Aliyev
Views: 102

Dövlət İmtahan Mərkəzi ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunda və imtahanlarda iştirak edəcək abituriyentlərə müraciət edib.

Mərkəzdən APA-ya verilən xəbərə görə, müraciətdə deyilir: "Dövlət İmtahan Mərkəzi tərəfindən yaxın vaxtlarda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə qəbulu və imtahanlara start veriləcək. Bununla əlaqədar abituriyentlərə sənədlərini qaydaya salmağı tövsiyə edirik.

Bu günədək keçirilən buraxılış imtahanlarında iştirakçılar arasında xeyli müddət əvvəl şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş şagirdlər olub.

Nəzərinizə çatdırırıq ki, 2021-ci il yanvar ayının 1-dək şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu və imtahanlarda iştirak etmək üçün müvafiq qurumlara müraciət edərək öz sənədlərini yeniləməlidirlər".


Create Account



Log In Your Account