Mar 31 2017 09:59
Ulviyye Sabirqizi
Views: 1515

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub.

Müdafiə Nazirliyindən CBC-ə verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan, Barekamavan, İcevan rayonunun Ayqeovit, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Qaymaqlı, Bala Cəfərli kəndlərində və adsız yüksəklilərdə, Berd rayonunun Ayqedzor, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Yusifcanlı, Baş Qərvənd, Şıxlar, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə 


Create Account



Log In Your Account